Şriftin ölçüsü :

Saytın rəngi :

Elçin Rzayev sakinlərin müraciətlərini yerində dinləyib

14 mart 2023 | 18:13

   Martın 14-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun Allahmədətli kəndində sakinlərlə səyyar görüş keçirib. Görüşdə RİH başçısı ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri, Allahmədətli, eləcə də Telişli kənd sakinləri iştirak ediblər.
   Giriş nitqi ilə çıxış edən icra başçısı sakinləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, can sağlığı və bol ruzi-bərəkət arzulayıb. İcra başçısı əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək belə səyyar görüşlərin davamlı olduğunu bildirib. O, həmçinin ölkə başçısı tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib. Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub. Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğunu bildirib. Səmimi söhbət əsasında keçən görüşdə sakinlər diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər