Şriftin ölçüsü :

Saytın rəngi :

Buludlu kənd tam orta məktəbində “Zəfərin mübarək, ey Vətən” adı altında tədbir keçirilib

05 noyabr 2022 | 19:06
 Bu gün İmişli rayon Buludlu kənd tam orta məktəbində Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qalibiyyətlə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan “8 noyabr Zəfər Günü” ilə bağlı “Zəfərin mübarək, ey Vətən!” adlı tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon Təhsil sektorunun rəhbərliyi, valideynlər, məktəb kollektivi və şagirdlər iştirak ediblər. Tədbir başlamamışdan öncə Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
  Çıxış edənlər Zəfər Günü münasibəti ilə bağlı iştirakçılara təbriklərini çatdırıblar. Həmçinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin təhsil müəssisələri qarşısında dayanan əsas vəzifələrdən biri olduğu vurğulanılıb. Tarixi Zəfərə həsr olunan tədbir şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilməklə davam etdirilib.
Keçidlər