Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı “Sən Elə Bir Zirvəsən” adlı ümumrayon tədbiri keçirilib

10 may 2022 | 16:00

Tədbirdə rayon rəhbərliyi, idarə və müəssisə rəhbərləri, hüquq mühafizə orqanlarının əməkdaşları, rayon ziyalıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Daha sonra Mədəniyyət Mərkəzində açılan sərgiyə baxış keçirilib. Anım günü Mərkəzdə düzənlənən tədbirlə davam etdirilib. Himn səsləndirilib və tədbir açıq elan olunub. Çıxış edənlər unudulmaz şəxsiyyətlərdən olan Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın çətin sınaqlardan şərəflə keçdiyindən danışıblar. Bildirilib ki, ölkəmizdə müstəqilliyimizin qorunub saxlanılması və beynəlxalq aləmdə nüfuz əldə etməsi, həmçinin mötəbər beynəlxalq təşkilatlara üzv olmasında Ulu Öndərin uzaq görən siyasəti dayanır. Diqqətə çatdırılıb ki, Ulu Öndər insanların həyat yoluna işıq saçan təfəkkür və mənəviyyat sahibi olmaqla qəlblərdə daim yaşayacaq. Müstəqil Azərbaycanın inkişafında Heydər Əliyev xətti həmişə davam edib. Bu konsepsiya bu gün də Ulu Öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizin mövcud iqtisadi inkişafı, regionda lider dövlətə çevrilməsi buna bariz nümunədir.

Tədbir musiqili konsert proqramı ilə davam edib. İmişli mədəniyyət mərkəzinin heyəti tərəfindən musiqilər səsləndirilib və rəqs nümayişi olunub.

 

Keçidlər