Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Hakim Bəşirovun doğum günündə xatirəsi anılıb

02 mart 2022 | 16:00

44 günlük Vətən müharibəsində fəal iştirak edən şəhidlərimizdən biri də Bəşirov Hakim Nizam oğludur. O, 02 mart 1989-cu ildə İmişli rayonunun Əlyetməzli kəndində anadan olub. Şəhidimizin əziz xatirəsi doğum günündə anılıb. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul işçiləri və YAP İmişli rayon təşkilatının əməkdaşları tərəfindən şəhidin ailəsi ziyarət edilib, qayğıları ilə maraqlanılıb və əziz xatirəsi ehtiramla yad olunub.

Anım zamanı RİH başçısı şəhidin ailəsinə baş sağlığı verərək, Vətən müharibəsində qazanılan şanlı Qələbənin Azərbaycan tarixində əbədi qalacağını bildirib. Qeyd edib ki, müharibənin taleyini müəyyənləşdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri oldu. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər xalqın öz Liderinə etibarını daha da möhkəmləndirdi.

Qeyd edək ki, leytenant Bəşirov Hakim Nizam oğlu Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hakim Bəşirov oktyabrın 20-də Füzuli döyüşləri zamanı şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər