Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradonlu kəndində vətəndaşlarla səyyar görüş keçirilib

01 mart 2022 | 16:00

Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən rayonun hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Qaradonlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyini əhatə edən Qaradonlu, Göhərli və Çahar kənd sakinləri ilə səyyar görüş-qəbul keçirilib.

Görüşdə RİH-nin başçısı sakinləri salamlayaraq son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən danışıb, sosial layihələrin həyata keçirilməsi, infrastrukturun yenilənməsi ilə bağlı imzalanmış sərəncamlar barədə geniş məlumatlar verib. Sonra səyyar qəbulda vətəndaşlar dinlənilib. Vətəndaşların qaldırdıqları məsələlərin bəziləri yerində həll olunub, bəzilərinin isə qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülməsi üçün qeydiyyata alınıb, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. Görüşün sonunda icra başçısı səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağını bildirib.

 

Keçidlər