Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

31 yanvar 2022 | 16:00

Bu gün 2 fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera mərkəzinin əməkdaşları ilə birlikdə İmişli Heydər Əliyev Mərkəzində II Qarabağ müharibəsi iştirakçıları və qaziləri ilə görüş keçirilib.

Görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbədən, bu zəfərin əldə edilməsində Azərbaycan gəncliyinin rolundan bəhs edilib. Görüş eyni zamanda diskussiya xarakteri daşıyıb. Gənc qazilərin və iştirakçıların gələcəyə baxışları, onların gələcək fəaliyyətləri haqqında geniş söhbət aparılıb. Görüşdə çıxış edən qazilərimiz və fəal gənclər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadət və igidliyindən, xalqımızın ordumuza verdiyi misilsiz dəstəkdən, xalq-lider-ordu birliyindən ətraflı danışıblar. Sonda görüş iştirakçıları təltif olunublar.

 

 

Keçidlər