Şriftin ölçüsü :

Saytın rəngi :

28 may Respublika günü münasibətilə İmişli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid və əlil ailələrinə sovqat paylanıldı.

28 may 2020 | 16:00

Korporativ sosial məsuliyyət strategiyasının ayrılmaz hissəsi olaraq “Azercell Telekom” MMC Azərbaycan Milli Cümhuriyyətinin yaranması günündə ölkə vətəndaşları arasında xüsusi həssas təbəqələri yenə də diqqət mərkəzində saxladı. İmişli rayonunda yaşayan Qarabağ əlilləri və Çernobl AES qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən əlillərin ailələri, eləcə də aztəminatlı ailələrə şirkət tərəfindən ərzaq bağlamalarından ibarət bayram hədiyyələri paylanıldı.
    Bu xeyriyyə təşəbbüsü zamanı da sovqatlar Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azərpoçt” MMC tərəfindən müxtəlif ünvanlara çatdırılıb.

Keçidlər