Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidi Nəcməddin Savalanovun bu gün ölümündən 6 il keçir

09 may 2022 | 16:00

İmişlidə Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş kapitan Nəcməddin Savalanovun ildönümü qeyd olunub. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının əməkdaşları və hüquq mühafizə orqanlarının rəhbərləri kapitan Nəcməddinin ailəsi ilə görüşüb.

Görüş zamanı icra başçısı çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Aprel döyüşlərinin Azərbaycan xalqının mübarizliyinin, rəşadətli ordumuzun gücünün, qüdrətinin təntənəsi olduğunu və Vətən müharibəsində Zəfərə gedən yolun başlanğıcı olduğunu qeyd edib. Eyni zamanda ölkəmizin hər yerində olduğu kimi, İmişli rayonunda da şəhidlərimizin xatirələrinin daim əziz tutulduğunu diqqətə çatdırıb. Görüşdə Nəcməddinin ailəsi onun igidliyindən, cəsurluğundan, vətənsevərliyindən danışıblar.

Xatırladaq ki, Nəcməddin Savalanov 1985-ci il fevralın 26-da İmişli rayonunun Göbəktala kəndində anadan olub. 2016-cı il aprel ayının 2-də Qapanlı-Seysulan istiqamətində gedən döyüşlərdə ağır yaralansa da, may ayının 8-də şəhid olub. Şəhid kapitan doğulduğu Göbəktala kəndində 9 may 2016-cı il tarixdə son mənzilə yola salınıb. Allah rəhmət eləsin!

 

Keçidlər