Şriftin ölçüsü :

Saytın rəngi :

Mirili kəndində keçirilən səyyar görüşdə vətəndaşların müraciətləri dinlənilib

26 aprel 2022 | 16:00

Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr İmişli rayonunda da diqqət mərkəzində saxlanılır. Belə ki, təsdiq olunmuş qrafikə uyğun olaraq İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev vətəndaşların problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə bu gün rayonun Mirili kəndində növbəti səyyar qəbul-görüşü keçirib. RİH-nin məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatları rəhbərlərinin də iştirakı ilə keçirilən səyyar qəbul-görüşü sakinlər razılıqla qarşılayıblar.

RİH başçısı kənd sakinlərini salamlayaraq ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin uğurlu nəticəsindən bəhs edib. O, həmçinin dünyada hərbi,  iqtisadi-siyasi böhran yaşanmasına baxmayaraq müstəqil dövlətimizin uğurlu inkişafı ilə bundan sonra da əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini əminliklə söyləyib. Sonra sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Qəbulun sonunda sakinlər göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər