Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda növbəti iməclik işləri aparılıb

16 aprel 2022 | 16:00

Bu gün İmişli Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İmişli şəhərinin Mikayıl Müşfiq, Xanlar Vəliyev, Xiyabani və Məhəmməd Abdullayev  küçələrində  iməclik təşkil olunub. İməclik ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi və ərazinin gözəlləşməsi məqsədilə həyata keçirilib. İməclikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, Kommunal Müəssisələr Kombinatının ərazilərə dislokasiya olunan işçiləri iştirak ediblər. Ərazilər və yol kənarları tullantılardan təmizlənib, zibilliklər ləğv edilib, eyni zamanda digər abadlıq işləri görülüb. Bununla yanaşı küləyin təsiri ilə ərazilərə səpələnən kağız, sellofan torba və plastik butulka kimi məişət tullantıları toplanaraq ərazidən uzaqlaşdırılıb. Ərazilərdən çıxarılan məişət tullantıları xüsusi təyinatlı texnikalar vasitəsilə daşınıb.

Bütün bu görülən işlərə baxmayaraq yol kənarlarına yenə də tullantılar atılır, yaşayış məntəqələrinin ətrafında kütləvi zibilliklər yaranır. Yazın gəlişi, havaların istiləşməsi, əhalinin daha çox parklarda və məhəllələrdə vaxt keçirməsi ilə əlaqədar ərazilərin təmiz saxlanılması istiqamətində sakinlərlə maarifləndirici söhbətlər aparılıb.

Keçidlər