Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Rüfət Mehdizadənin doğum günündə xatirəsi anılıb

01 aprel 2022 | 16:00

Bu gün ll Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Mehdizadə Rüfət İsrayıl oğlunun doğum günüdür. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri və kənd sakinləri tərəfindən şəhidimizin məzarı ziyarət olunub.

Öncə şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla yad edilib. Sonra çıxış edən RİH başçısı şəhidin ailə üzvlərinə başsağlığı verib və Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Rüfətin xatirəsinin bundan sonra da daim əziz tutulacağını vurğulayıb. Şəhidimizin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Sonra şəhidimizin ata ocağına gəlinərək ailənin qayğıları ilə maraqlanılıb.

Xatırladaq ki, Rüfət Mehdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb və vəzifə borcunu şərəflə yerinə yetirərək Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərərək düşmənin canlı qüvvəsini və texnikasını məhv edib. Şəhidimiz  2020-ci il sentyabrın 30-da Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər