Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə kənd təsərrüfatı sahəsində məşğul olan sahibkarlarla görüş keçirilib

30 mart 2022 | 16:00

Martın 30-da İmişli rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş təşkil olunub. Tədbirdə İmişli RİH-nin, İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin, İmişli Rayon Suvarma Sistemləri idarəsinin, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin, Prior Leasing ASC-nin əməkdaşları və 15-ə yaxın sahibkarlıq subyekti iştirak ediblər.

Görüşdə ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər, dövlətin bu sahəyə olan dəstək mexanizmləri, kənd təsərrüfatında aqrar sığortanın əhəmiyyəti, əkin sahələrində məhsuldarlığın artırılması və ziyanvericilərə qarşı düzgün mübarizə üsulları barədə məlumatlar verilib. Bundan başqa KOB subyektlərinə maliyyə mənbələrinə çıxış, müvəkkil banklar tərəfindən biznes və güzəştli kreditlər, sənədləşmə və faiz dərəcələri izah olunub. KOB subyektlərinin ehtiyaclarına dair müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib və müvafiq qurumların nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb. Sahibkarlara həmçinin biznesyönümlü təlim və məsləhət xidmətləri üçün İmişli rayon KOB dostu İnkişaf Mərkəzinə müraciət edə biləcəkləri tövsiyə olunub və bu formatda görüşlərin davam etdiriləcəyi onlara bildirilib.

Keçidlər