Şriftin ölçüsü :

Saytın rəngi :

Rəsullu kəndində sakinlərlə səyyar qəbul-görüş keçirilib

29 mart 2022 | 16:00

İmişli RİH başçısı Elçin Rzayev növbəti səyyar qəbul-görüşünü təsdiq olunmuş qrafikə uyğun olaraq bu gün rayonun Rəsullu kəndində keçirib. RİH-nin məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirak etdiyi qəbul-görüşdə sakinlərlə səmimi söhbət aparılaraq müraciətləri dinlənilib.

Öncə icra başçısı son zamanlar əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətindəki mühüm dövlət tədbirlərindən söhbət açıb, dövlətin öz vətəndaşlarına olan hədsiz qayğısından danışıb. Eyni zamanda rayon ərazisində aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verib, o cümlədən İmişli rayonunda görüləcək işlərdən bəhs edib. Sonra sakinlər tərəfindən qaldırılan məsələlər barədə aidiyyətı qurumlara müvafiq tapşırıqlar verilib, vətəndaşlara hüquqi yardım göstərilib, ətraflı izahi söhbətlər aparılıb.

Sonda icra başçısı görüşü yekunlaşdıraraq qaldırılan məsələlərin həlli istiqamətində bir daha müvafiq qurumlara tapşırıqlarını verib, müraciətlər nəzarətə götürülüb.

Keçidlər