Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Həmdulla Abdullayevin doğum günüdür

19 mart 2022 | 16:00

Bu gün torpaqlarımızın bütövlüyü uğrunda canından keçərək tarixə şərəfli imzasını atan şəhid Abdullayev Həmdulla Aslan oğlunun doğum günüdür. O, 1994-cü il mart ayının 19-da İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Şəhidimiz 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində iştirak edib və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması zamanı noyabrın ayının 7-də Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsinə çevrilərək şəhid olub.

Şəhidimizin əziz xatirəsi doğum günündə rayonun Bəhrəmtəpə qəsəbəsindəki qəbiristanlığındakı məzarı yanında anılıb. Anım mərasimində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul əməkdaşları və şəhidin yaxınları iştirak ediblər. Öncə şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Sonra şəhidimizin ata evinə gəlinərək ailə üzvlərinə başsağlığı verilib və Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Həmdullanın xatirəsinin bundan sonra da daim əziz tutulacağı, dövlətin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağı vurğulanıb.

Qeyd edək ki, düşmənə ağır zərbələr endirən Həmdulla Abdullayev göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər