Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli RİH başçısı növbəti səyyar-qəbulunu rayonun Qızılkənd kəndində keçirib

09 mart 2022 | 16:00

Təsdiq olunmuş qrafikə uyğun olaraq bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev növbəti səyyar-qəbulunu rayonun Qızılkənd kənd sakinləri ilə keçirib. İcra aparatının məsul işçilərinin, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət idarələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşü sakinlər razılıqla qarşılayıblar. Səyyar görüşdə Prezident cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verən icra başçısı bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsi lazımi səviyyədə təmin edilir, bu məsələlər daim diqqətdə saxlanılır. İcra başçısı həmçinin rayonda abadlıq və quruculuq işlərindən, aqrar sahədə görülən işlər və qarşıda duran vəzifələr barədə də ətraflı danışıb.

Sonra qəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırdıqları müxtəlif məsələlər diqqətlə araşdırılıb və həlli ilə əlaqədar görüləcək işlər barədə onlara yerindəcə ətraflı məlumat verilib. Sonda icra başçısı görüşü yekunlaşdıraraq qaldırılan məsələlərlə bağlı aidiyyəti üzrə məsul şəxslərə bir daha müvafiq tövsiyə və tapşırıqlarını verib.

Keçidlər