Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə yaşıllaşdırma istiqamətində görülən işlər daima diqqət mərkəzində saxlanılır

09 mart 2022 | 16:00

İmişli şəhərində yaşıllıq sahələrinin qorunması və genişləndirilməsi, ətraf mühitin sağlamlaşdırılması, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsi istiqamətində vacib addımlar atılır. Belə ki, rayonun florasının daha da zənginləşdirilməsi və yaşıllıq zolaqlarının genişləndirilməsi ilə əlaqədar İmişli şəhərinin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yeni yaşıllıq zolaqları salınmışdır. Ərazidəki görkəmini itirmiş ağac və kollar götürülmüş, yaşıllıq ləklərinə yeni münbit torpaq örtüyü tökülərək hamarlanmış və əraziyə xeyli sayda yeni dekorativ ağaclar və gül kolları əkilmişdir. Burada mövcud yaşıllıqlara aqrotexniki qulluqlar göstərilir.

Qeyd edək ki,  ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi İmişli Rayon İcra Hakimiyyətinin diqqətdə saxladığı ən mühüm məsələlərdəndir. Bu məqsədlə RİH tərəfindən mütəmadi yaşıllaşdırma istiqamətində vacib addımlar atılır.

Keçidlər