Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı İmişlidə yürüş keçirilib

26 fevral 2022 | 16:00

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 30-cu ildönümü ilə əlaqədar İmişli rayonunda yürüş keçirilib. İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP İmişli rayon təşkilatının əməkdaşları,  idarə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti və sakinlər yürüşdə iştirak ediblər. Yürüş iştirakçıları İmişli Rayon Mədəniyyət Mərkəzinin qarşısından Şəhidlər Xiyabanının yerləşdiyi əraziyə gəliblər.  Burada şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib, gül-çiçək dəstələri düzülüb və ruhlarına dualar oxunulub. Tədbirdə çıxış edən icra başçısı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır soyqırım cinayətlərindən biri olduğunu vurğulayıb. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Xocalı soyqırımı zamanı qadın, uşaq və qoca demədən günahsız insanların məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildiyini bildirib. Yürüş iştirakçılarının hüznlü çöhrələrinə baxanda görünür ki, ötən 30 il Xocalının dinc sakinlərinə qanlı divan tutulmasının dəhşətləri yaddaşlardan silinməyib.

Şəhidlərimizin əziz xatirələrini yad etmək məqsədilə bu gün saat 17:00-da bir dəqiqəlik sükut elan ediləcək.

Allah rəhmət eləsin!!!

Keçidlər