Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərinə giriş qapısında bərpa-yenidənqurma işləri başa çatdırılıb

22 fevral 2022 | 16:00

Xeyli müddətdir ki, İmişli şəhərinə cənub hissədən giriş qapısının tikintisi yarımçıq, tamamlanmamış vəziyyətdə idi. Həmin giriş qapısında əsaslı təmir-bərpa işləri, belə ki, giriş qapısında restovrasiya, həmçinin əlavə bəzək elementlərindən və şəbəkə sistemindən ibarət milli memarlıq üslubunda dekorasiya işləri aparılıb. Eyni zamanda giriş kompleksinə müasir işıqlandırma sistemi quraşdırılıb, ərazidə axşam vaxtlarında xüsusi görkəm yaradılıb. Giriş kompleksinin ərazisinə dekorativ ağac və kollar əkilib, yaşıllıq zolaqları salınıb, son tamamlanma işləri aparılaraq ərazidə normal mənzərə yaradılıb.

Qeyd edək ki, İmişli şəhəri ərazisində görülən bərpa-yenidənqurma işləri müntəzəm xarakter daşıyır.

(Giriş qapısının əvvəlki və sonrakı fotoşəkillərini təqdim edirik)

 

Keçidlər