Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə daha bir Vətən Müharibəsi şəhidinin doğum günü qeyd olunub

18 yanvar 2022 | 16:00

Bu gün Vətən Müharibəsi şəhidi Əsədli Cahid Zahid oğlunun doğum günüdür. Yaşasaydı, qələbə sevincini və doğum gününü öz ailəsi ilə birlikdə qeyd edəcəkdi. O, 2002-ci il yanvar  ayının 18-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. Bu münasibətlə RİH-in məsul işçiləri, şəhidin qohumları və yaxınları tərəfindən Cahidin məzarı ziyarət edilərək gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunulub. Sonra Sarıxanlı kəndindən olan digər şəhidlərimizin də əziz xatirələri dərin ehtiramla yad olunub.

Çıxış edənlər rəşadətli Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixi üçün nümunə olan əsl qəhrəmanlıq dastanı yazdıqlarını bildiriblər. Şəhidimizin yaxınları və ailə üzvləri isə övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirmiş, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.  Sonra şəhidimizin ata ocağına gəlinərək ailənin qayğıları ilə maraqlanılıb.

Xatırladaq ki, Cahid Əsədli Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə”  medalları ilə təltif edilib.

Keçidlər