Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə daha bir Vətən Müharibəsi şəhidinin doğum günü qeyd olunub

01 yanvar 2022 | 16:00

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan igidlərimizdən biri də Quliyev Elgün Fuad oğludur. Şəhidimizin xatirəsi doğum günündə rayonun Qaragüvəndikli kənd qəbiristanlığındakı məzarı yanında anılıb. Anım mərasimində Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və şəhidin yaxınları iştirak ediblər. Öncə şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Sonra çıxış edənlər şəhidin ailə üzvlərinə başsağlığı veriblər və Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Elgünün xatirəsinin bundan sonra da daim əziz tutulacağını, dövlətin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağını vurğulayıblar.

Qeyd edək ki, şəhidimiz 2000-ci il yanvar ayının 1-də İmişli rayonun Qaragüvəndikli kəndində anadan olub. O, Qubadlı istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına görə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

 

Keçidlər