Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhidin doğum günündə əziz xatirəsi anılıb

01 yanvar 2022 | 16:00

Vətən müharibəsi şəhidi Məmmədli İsa Sarı oğlunun doğum günü məzarı yanında anılıb. Mərasimdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və şəhidin yaxınları iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə şəhidin məzarı üzərinə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Çıxışlarda şəhidin qısa, şərəfli həyat yolundan danışılıb, Ermənistan silahlı qüvvələrinin darmadağın edilərək torpaqlarımızdan qovulmasında İsa və onun kimi Vətən oğullarının göstərdikləri fədakarlıqdan bəhs olunub. Vurğulanıb ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbə həm də şəhidlərimizin döyüşlərə atıldıqları ilk gündən daşıdıqları amalın, Vətən sevgisinin nəticəsi idi.

Sonra mərasim şəhidin doğulduğu evdə davam etdirilib. Xatırladaq ki, şəhidimiz 2002-ci il yanvar ayının 1-də İmişli şəhərində anadan olub. Laçın uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən İsa Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

Keçidlər