Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə daha bir Şəhidin doğum günü məzarı yanında anılıb

25 dekabr 2021 | 16:00

Bu gün İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Vətən Müharibəsi şəhidi Gülalıyev Əlnur Seymur oğlunun doğum günündə xatirəsi anılıb. Şəhidimizin doğum günündə  RİH-in məsul işçiləri, şəhidin qohumları və yaxınları Əlnurun məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxunulub. Ziyarət zamanı çıxış edənlər Əlnurun ailəsinə başsağlığı verərək Vətən müharibəsində Azərbaycan gəncliyinin, vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyini, Ali Baş Komandan, Böyük Sərkərdə cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığını vurğulayıblar. Sonra şəhidimizin ata ocağına gələrək Vətən uğrunda canından keçən şəhidimizə bir daha Allahdan rəhmət, ailəsinə isə səbir dilənib.

Xatırladaq ki, yaşasaydı bu gün Əlnurun 24 yaşı tamam olacaqdı. Şəhidimiz 25 dekabr 1997-ci il tarixində İmişli rayonunun Xəlfəli kəndində anadan olub. Vətən müharibəsində könüllü olaraq iştirak edib, Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Əlnur Gülalıyev 3 oktyabr 2020-ci ildə Füzulidə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Düşmənə ağır zərbələr endirən şəhidimiz göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Keçidlər