Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsinin şəhidi Tacəddin Abışovun doğum günü qeyd edilib

27 noyabr 2021 | 16:00

ll Vətən müharibəsində qəhrəmancasına şəhid olan həmyerlilərimizdən biri də Abışov Tacəddin Elşən oğludur. O, 2001-ci il noyabr  ayının 27-də İmişli rayonununda anadan olub. Şəhidimizin doğum günündə  İmişli Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidin qohumları və yaxınları ilə birlikdə məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxunulub.

Ziyarət zamanı çıxış edən RİH başçısının birinci müavini S. Ağayev  44 gün davam edən Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatmasında şəhid və qazilərimizin, ümumilikdə müzəffər Azərbaycan ordusunun böyük rəşadəti hesabına mümkün olduğu qeyd olunub.  Şəhidimizin yaxınları və ailə üzvləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirmiş, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Tacəddin Abışov  2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı oktyabrın 9-da Ağdərə rayonu istiqamətində gedən döyüş zamanı şəhid olub .Şəhidimiz vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Keçidlər