Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Şəhid ailələri və qazilər hər zaman diqqətdədir

15 noyabr 2021 | 16:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçən Vətən müharibəsi şəhidlərinin ailələri, həmçinin döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi, İmişli rayonunda da diqqət və qayğı ilə əhatə olunublar.

İmişli Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Şəhid və qazi ailələri üçün sovqat aksiyası təşkil edilib. Aksiya zamanı müraciətlər əsasında ümumilikdə 1030 Şəhid və qazi  ailəsinə eləcə də müharibə əlillərinə gündəlik təlabat vasitələri olan qida məhsullarından ibarət bağlamalar təqdim olunub. İmişli rayon İcra Hakimiyyətinin əməkdaşları gün ərzində ərzaq yardımlarını müxtəlif ünvanlara çatdırıblar. Görüşlərdə dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən şəhid və qazi ailələri  qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu diqqətə çatdırıblar.Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Şəhid ailələri və qazilər göstərilən dəstək davamlı olacaqdır.

Keçidlər