Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunun Şəhidlər Xiyabanında yenidənqurma işləri başa çatdırılıb

11 noyabr 2021 | 16:00

İmişli rayonunda xeyli müddət idi ki, baxımsız halda olan və mövcud vəziyyəti ilə şəhidlərimizin doğmalarını, ailə üzvlərini narahat edən Şəhidlər Xiyabanında əsaslı təmir-bərpa və yenidənqurma işləri tam başa çatdırılıb. Belə ki, 2.5 hektar ərazidə yerləşən xiyabanda layihə üzrə milli-memarlıq üslubunda tağ elementlərindən ibarət 3 girişli yeni giriş qapısı inşa edilib, xiyabanın ərazisi isə müasir materiallarla hasarlanıb. Şəhid məzarlarının sinə və baş daşları qara mərmərlə üzlənib, Vətən Müharibəsində şəhid olmuş bütün həmyerlilərimizin xatirələrinə həsr olunmuş Yaddaş Divarı inşa olunub. Ərazidə dekorativ ağac və kollardan ibarət yeni yaşıllıqlar salınıb, işıqlandırma və su təchizatı sistemi tam yenilənib. Bundan əlavə xiyabanda yerləşən “Qələbə” abidəsində restovrasiya işləri tam başa çatdırılıb, abidənin ətrafı müasir üzlük materiallarla üzlənib. Eyni zamanda xiyabanda yardımçı tikililərin inşası tamamlanaraq layihə üzrə nəzərdə tutulan əsaslı təmir-bərpa və yenidənqurma işləri tam başa çatdırılıb.

Görülən işlər şəhid ailələrinin sevincinə səbəb olub və onlar xiyabanda aparılan əsaslı təmir-bərpa işlərinə görə öz razılıqlarını bildiriblər.

(Xiyabanın əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)

 

 

 

\

Keçidlər