Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə yaradıcılıq sərgisi keçirilib

05 noyabr 2021 | 16:00

Bu gün İmişli rayonunun Heydər Əliyev Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər ili” adlı məktəblilərin əl işlərindən ibarət yaradıcılıq sərgisi keçirilib. Sərgidə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul işçiləri, rayon Təhsil Şöbəsinin rəhbərliyi, məktəb direktorları və şagirdləri iştirak ediblər.

Sərgi zamanı rayonun ümumi təhsil məktəblərinin və Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət rəsm nümunələri nümayiş olunub. RİH başçısı tədbirdə çıxış edərək ötən ilin sentyabrın 27-də başlayan və cəmi 44 gün ərzində işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrildiyini qeyd edib. Eyni zamanda haqq savaşında tarixi Qələbənin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu vurğulayıb.

Şagirdlərin rəsm işləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və Fəxri Fərmanlarla təltif olunublar.

Keçidlər