Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhidin xatirəsini əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib

02 noyabr 2021 | 16:00

İmişli rayonunda 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Nuriyev Vüqar Hafis oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Açılış mərasimində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər. Tədbirdə ilk öncə dövlət himni səsləndirilib və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən RİH başçısı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb, Vüqar və onun kimi oğullarımızın xatirəsinin heç bir zaman unudulmayacağını bildirib. Həmçinin vurğulayıb ki, prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxlayır, şəhidlərimizin, igid döyüşçülərimizin döyüş yolu öyrənilir və onlar göstərdikləri şücaətlərə görə qiymətləndirilir, təltif olunurlar. Digər çıxışlarda Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, Vüqarın gənclərə nümunə olan qısa və şərəfli ömür yolundan danışılıb. Tədbir İmişli şəhər 3 saylı tam orta məktəbinin şagirdlərinin ifalarında şəhidlərimizə həsr olunan şeirlər səsləndirilməsi ilə davam etdirilib. Sonra Vüqarın ildönümü mərasimi keçirilib.

Xatırladaq ki, Vüqar Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

Keçidlər