Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycanın Milli Qəhrəmanı İmamverdi Əliyevin doğum günüdür

01 oktyabr 2021 | 16:00

Əliyev İmamverdi Barat oğlu 01 oktyabr 1950-ci ildə İmişli rayonunun Qulubəyli kəndində dünyaya gəlib. Orta təhsilini bitirdikdən sonra sürücülük peşəsinə yiyələnib. Bakı Xüsusi Milis Məktəbini bitirdikdən sonra Daxili İşlər Nazirliyinin göndərişi ilə İmişli rayonuna baş inspektor vəzifəsinə təyin edilib. 1990-cı illərdə cəhbədə vəziyyət gərginləşəndə İmamverdi Əliyev Cəbrayıl rayonuna ezam edilir, iştirak etdiyi döyüşlərdə düşmənin 4 tankını və xeyli canlı qüvvəsini məhv edir. Hadrut rayonunun Şaqax kəndindəki ölüm-dirim savaşı isə qəhrəmanın döyüş yolunun sonu olur. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli, 264 saylı Fərmanı ilə Əliyev İmamverdi Barat oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Doğum günü münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və  hüquq mühafizə orqanlarının rəhbərləri tərəfindən Milli Qəhrəmanın rayon Polis şöbəsi binasının önündəki büstü ziyarət edilərək gül-çiçək dəstələri düzülüb və xatirəsi ehtiramla yad edilib. Sonra İmamverdi Əliyevin evinə gələrək Milli Qəhrəmana Allahdan rəhmət, ailəsinə səbr dilənib. Qeyd edək ki, İmamverdi Əliyevin doğulub boya-baş çatdığı Qulubəyli kənd orta məktəbi hal-hazırda igid döyüşçünün adını daşıyır və İmişli şəhərində Milli Qəhrəmanın adı ilə ünvanlanmış küçə vardır.

Keçidlər