Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Rəcəb İsmayılovun doğum günündə xatirəsi anılıb

18 sentyabr 2021 | 16:00

Ötən gün rayonun Əliqulular kəndi sakini, ll Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn İsmayılov Rəcəb Nəcəf oğlunun doğum günüdür. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul əməkdaşları, şəhidin ailə üzvləri və kənd sakinləri tərəfindən Rəcəbin məzarı ziyarət olunub.

Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb. RİH başçısı şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb və rəşadətli ordumuzun qəhrəmanlıqlar göstərərək həyatları bahasına torpaqlarımızı işğalçılardan azad etdiyini qeyd edib. Sonra 44 günlük Vətən müharibəsinin Əliqulular kəndindən olan digər şəhidi Səfərli Cavid Xaliq oğlu da ziyarət edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Rəcəb İsmayılov  2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İgid döyüşçü oktyabrın 30-da Laçın rayonu istiqamətində gedən döyüş zamanı şəhid olub və anadan olduğu Əliqulular kəndində dəfn olunub. Şəhidimiz vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər