Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə avtomobil yollarının təmiri və yenidən qurulması diqqət mərkəzində saxlanılır

06 sentyabr 2021 | 16:00

İmişli rayonunda büdcədən ayrılmış vəsait hesabına şəhərdaxili avtomobil yollarında əsaslı təmir işləri davam etdirilir. Növbəti əsaslı təmir işləri ll Vətən müharibəsi şəhidi Eldəniz Hüseynovun adını daşıyan küçədə aparılmışdır. Tikinti norma və standartlarına uyğun olaraq aparılan əsaslı təmir işləri tez bir zamanda yekunlaşdırılmış və sakinlərin bu yolla hərəkəti zamanı yaranmış çətinlikləri aradan qaldırılmışdır. Belə ki, avtomobil yollarına qum-çınqıl materialları tökülərək mexaniki hamarlama və bərkitmə işləri aparılmış, sonra yollara asfalt örtük qoyulmuşdur. Ümumilikdə 2000 kv.metr sahəyə asfalt döşənərək sakinlərin ümumi istifadəsinə verilmişdir.

Hazırda İmişli rayonu ərazisində görülən bu işlər mərhələli şəkildə digər şəhərdaxili yollarda da aparılır.

(E.Hüseynov küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri  təqdim edirik)

Keçidlər