Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Elşən Cəfərli doğum günündə məzarı yanında anılıb

02 sentyabr 2021 | 16:00

ll Vətən müharibəsində qəhrəmancasına şəhid olan həmyerlilərimizdən biri də Cəfərli Elşən Rafail oğludur. O, 2000-ci il sentiyabr  ayının 2-də İmişli rayonunun Qulubəyli  kəndində anadan olub. Şəhidimizin doğum günündə  İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Aparatın məsul işçiləri, şəhidin qohumları və yaxınları ilə birlikdə məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxunulub. Eyni zamanda, Qulubəyli kəndinin digər şəhidləridə ziyarət olunaraq əziz xatirələri yad edilmişdir.

Ziyarət zamanı 44 gün davam edən Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatmasında şəhid və qazilərimizin, ümumilikdə müzəffər Azərbaycan ordusunun böyük rəşadəti hesabına mümkün olduğu qeyd olunub.  Şəhidimizin yaxınları və ailə üzvləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirmiş, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər. Elşən Cəfərli Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentiyabr ayının 28-də qəhrəmancasına şəhid olub.

Qeyd edək ki, Şəhidimiz Elşən Cəfərli Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Keçidlər