Şriftin ölçüsü :

Saytın rəngi :

Bugün birinci xanım Mehriban Əliyevanın doğum günüdür

26 avqust 2021 | 16:00

Humanizm, xeyirxahlıq və nəcib əməllər bəşər durduqca yaşayır, bu ali mənəvi keyfiyyətlərin sahibləri, şərəfli missiyanın daşıyıcıları isə öz varlıqları ilə xalqına daim başucalığı, şan-şöhrət gətirir, onun sevimlisinə çevrilirlər. Nəsildən-nəslə keçən xeyirxahlıqları, nəciblikləri hər an insanlara kömək etmək, onlara yardımçı olmaq kimi ülvi hissləri ilə doğulduqları torpağın, sahibi olduqları Vətənin şərəfini yüksəklərə ucaldırlar. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olmuş ölkəmizin birinci xanımı Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan belə görkəmli şəxsiyyətlərdəndir.

Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, humanizm və nəciblik missiyasını şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub həyatımızın bütün sahələrinə dərindən nüfuz edir. Ulu öndərimiz Heydər Əliyevin dövlətçilik Konsepsiyasını Möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirərək Azərbaycanı qabaqcıl ölkələr sırasına çıxarmışdır.

Bu möhtəşəm quruculuq işində Mehriban xanım Əliyeva da fəal iştirak edir, dövlətimizin daha da güclənməsinə və qüdrətlənməsinə öz töhfəsini verir. Onun ölkəmizdə mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyəti, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliği sahəsində böyük xidmətləri, genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətləri xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  kimi fəaliyyəti ölkəmizdə gedən islahatların həyata keçirilməsini daha da sürətləndirir və yüksək nəticələrin əldə edilməsinə xidmət edir. Ən yüksək nailiyyəti  isə Prezident cənab İlham Əliyevin  rəhbərliyi və Birinci vitse-prezident kimi onun dəstəyi sayəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı Şanlı Qələbəmizdir. 

Hörmətli Mehriban xanımı doğum günü münasibəti ilə İmişli rayonunun ictimaiyyəti adından səmimi qəlbdən təbrik edirik, ona möhkəm can sağlığı, хоşbəхtlik, müstəqil dövlətimizin tərəqqisi, xalqımızın firəvan gələcəyi, azad edilmiş torpaqlarımızın inkişafı naminə bəşəri və milli dəyərlərin təəssübkeşi kimi şərəfli fəaliyyətində uğurlar arzulayırıq.

 

 

Keçidlər