Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Elçin Quliyevin doğum günüdür

24 avqust 2021 | 16:00

Azərbaycan Ordusunun 44 günə bitirdiyi Zəfər müharibəsində qəhrəmancasına şəhid olan igidlərimizdən biri də Quliyev Elçin Etibar oğludur. O, 2001-ci ilin avqust ayının 24-də İmişli rayonunun Məzrəli kəndində dünyaya gəlib. Doğum günü münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı şəhidimizin ailəsini ziyarət edib. Şəhidimizin dəfn olunduğu Məzrəli kənd qəbiristanlığında Şəhidlər abidəsi yad edildikdən sonra Elçinin məzarı ziyarət edilib, önünə gül-çiçək dəstələri qoyulub və ruhuna dualar oxunub.

Ziyarət zamanı çıxış edən icra başçısı bildirib ki, şəhidlərimizə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə qayğı dövlətin daim diqqətindədir. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya göstərdi. Şəhidlərimiz daim xatirələrdə yaşayacaqlar və heç zaman unudulmayacaqlar-deyə icra başçısı qeyd edib. Tədbirdə şəhidimizin qısa və şərəfli həyat yolundan xatirələr də söylənilib.

Düşmənə ağır zərbələr endirən Elçin Suqovuşan istiqamətində gedən gərgin döyüşlərdə şəhid olub. Göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər