Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elgün Həsənovun əziz xatirəsi doğum günündə məzarı yanında anılıb

16 avqust 2021 | 16:00

ll Vətən müharibəsində qəhrəmancasına şəhid olan həmyerlilərimizdən biri də Həsənov Elgün Əli oğludur. O, 1999-cu il avqustun 16-da İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Şəhidimizin doğum günündə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul əməkdaşları, şəhidin qohumları və yaxınları tərəfindən məzarı ziyarət edilərək əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri qoyulub, ruhuna dualar oxunub.

Ziyarət zamanı çıxış edən icra başçısı qeyd edib ki, biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. Digər çıxış edənlər Elgünün qısa, lakin şərəfli ömür yolundan danışdılar. Şəhidimizin ailə üzvləri övladları ilə fəxr etdiklərini söyləyib, onlara ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyavaya minnətdarlıqlarını bildiriblər.

44 günlük Vətən Müharibəsinə qatılan gənc Füzuli rayonu ərazisində gedən döyüşlərdə şəhid olub. O, göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Keçidlər