Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə virus infeksiyalarına qarşı mübarizə tədbirləri davam etdirilir

11 avqust 2021 | 16:00

Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə ərazisində koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri ilə bağlı verdiyi tapşırıq və göstərişlərə uyğun olaraq İmişlidə pandemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Belə ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, rayon ərazisində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlərin intensivləşdirilməsi məqsədilə bu gün İmişli şəhəri ərazisində xüsusi kimyəvi maddələrlə növbəti dəfə dezinfeksiya işləri aparılıb. Əhalinin sağlamlığının qorunması məqsədilə İmişli şəhərinin H.Əliyev prospekti, 20 Yanvar, M.Əsədov, S.Qazıyeva, T.ismayılov və digər küçələri xüsusi texnikaların köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyulub, yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkən qəfəslərində, uşaq bağçalarında, bankomat və ödəniş terminalllarında dezinfeksiyaedici maddələrlə sanitar-gigiyenik işlər aparılıb. Sanitar epidemioloji vəziyyətə ciddi nəzarət edilməsi, əhalinin sağlamlığının qorunması məqsədilə İmişli rayonu ərazisində zəruri və qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bundan əlavə sakinlərlə mütəmadi olaraq maarfləndirici söhbətlər aparılır və mütləq şəkildə peyvənd olunmaları onlara tövsiyə edilir. Həmçinin bildirilir ki, vaksinləşmə prosesinin aparılmasının və dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd sakinlərimizi bu pandemiyadan qorumaqdır. Eyni zamanda rayon ərazisində yoluxma hallarının qarşısının alınması məqsədilə gündəlik olaraq səyyar həkim briqadaları əhalinin peyvənd olunması üçün ucqar kəndlərə səfərlər edir. İmişli Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən bu istiqamətdə lazımi bütün tədbirlər həyata keçirilir.

Keçidlər