Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə uşaqlar üçün futbol üzrə ustad dərsi keçirilib

01 iyul 2021 | 16:00

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2021-ci il üçün Tədbirlər Planının icrası məqsədilə regionlarda uşaqlar arasında sağlam həyat tərzinin təbliği, onların idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili üçün “Regional İnkişaf” İctimai Birliyi tərəfindən idman federasiyaları ilə birlikdə həyata keçirilən “Kiçik çempionlar” layihəsi çərçivəsində idmanın müxtəlif növləri üzrə ustad dərsləri təşkil edilir.

Layihə çərçivəsində növbəti idman tədbiri “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birgə təşkilatçılığı və İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İmişli Olimpiya İdman Kompleksində keçirilib.Tədbirdə 11-14 yaş arası 50-dən çox uşaq müəyyən kriteriyalar üzrə futbol təmrinləri yerinə yetirib, Azərbaycan milli komandasının üzvü Bəhlul Mustafazadə ilə birlikdə futbol oynayıb, müəyyən fəndlər yerinə yetiriblər.

Tədbirin sonunda bütün iştirakçılara sertifikat və medallar, fərqlənən uşaqlara isə AFFA tərəfindən hədiyyələr təqdim edilib.

 

 

Keçidlər