Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “26 iyun Silahlı Qüvvələr Günü” münasibətilə tədbir keçirilib

26 iyun 2021 | 16:00

Bu gün İmişli rayonunun Şəhidlər Xiyabanında “26 iyun Silahlı Qüvvələr Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin yaxınları və ll Vətən müharibəsi iştirakçıları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhidlərimizin məzarlarına, sonra isə abidənin önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirələrini böyük ehtiramla yad ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Çıxış edənlər Ali Baş Komandan cənab İlham Əliyevin Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olduğunu bildiriblər. Bu uzaqgörən siyasətin nəticəsində Şanlı Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızı 44 gün ərzində azad etmişdir.

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Vətən müharibəsindəki igidlik və şücaətlərinə görə təltif olunan şəhidlərin medalları onların ailə üzvlərinə, Vətən Müharibəsi iştirakçılarının isə özlərinə təqdim olunub. Sonda şəhidlərin yaxınları və Vətən Müharibəsi iştirakçıları bir daha Silahlı Qüvvələr Günü münasibətilə təbrik edilib, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş hər bir şəxsin dövlətimizin xüsusi diqqət və qayğısı altında himayə olunduğunu vurğulanıb.

 

Keçidlər