Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Mayıl Qurbanovun doğum günündə xatirəsi anılıb

08 iyun 2021 | 16:00

Şanlı Zəfər yürüşündə qəhrəmanlıq göstərərək öz canından keçmiş şəhid oğullarımızda biri də Qurbanov Mayıl Mais oğludur. Yaşasaydı, bu gün qələbə sevincini və doğum gününü öz ailəsi ilə birlikdə qeyd edəcəkdi. O, 1996-cı ilin iyun ayının 8-də İmişli rayonunun Xoşçobanlı kəndində anadan olub. Mayıl Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İgid döyüşçü noyabrın 3-də Qubadlı rayonu istiqamətində gedən döyüş zamanı şəhid olub və anadan olduğu Xoşçobanlı kəndində dəfn olunub.

Şəhidimizin doğum günündə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və Aparatın məsul əməkdaşları ailəsinə baş çəkərək onların qayğıları ilə maraqlanılıb. Məzarı ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb və ruhuna dualar oxunub. Ziyarət zamanı həmçinin Mayılın keçdiyi şərəfli ömür yolundan danışılıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildirilib.

Qeyd edək ki, Şəhidimiz vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər