Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Cavid Səfərlinin doğum günüdür

31 may 2021 | 16:00

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərdən birinin, Səfərli Cavid Xaliq oğlunun bu gün doğum günüdür. O, 1993-cü il may ayının 31-də İmişli rayonunun Əliqulular kəndində anadan olub. Cavid Səfərli 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan ordusunun baş leytenantı olan Cavid 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünü bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Düdükçü istiqamətində qəhrəmancasına şəhid olub və Əliqulular kəndində dəfn olunub.

Cavidin doğum günü münasibətilə İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və Aparatın məsul işçiləri tərəfindən şəhidin məzarı ziyarət olunaraq xatirəsi ehtiramla yad edilib və məzarı üzərinə gül-çiçəklər qoyulub. İcra başçısı şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Cavidin valideynlərinə Vətənimiz üçün gərəkli övlad böyütdükləri üçün təşəkkür etmiş və şəhid ailələri, Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır. Şəhidimizin doğum günündə təhsil aldığı məktəbin müəllimləri və şagirdləri də iştirak ediblər. Məktəblilər vətənpərvər şeirlər söyləyib.

Qeyd edək ki, vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Cavid Səfərli ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər