Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 28 May – Respublika Günü münasibətilə onlayn tədbir keçirilib

28 may 2021 | 16:00

Bu gün İmişlidə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə onlayn konfrans keçirilib. Konfransın proqramına uyğun olaraq, əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda Şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir zamanı 28 May 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyət dövründən söhbət açılıb və o dövrdə əldə edilmiş uğurlar haqqında fikirlər bölüşülüb.  Çıxış edənlər XX əsrin sonunda ölkəmizin yenidən əldə etdiyi müstəqilliyi ən böyük sərvət kimi dəyərləndiriblər. Dövlət başçımız cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü bu il də milli bayram kimi qeyd edir. Tədbirdə iştirak edən gənclər də çıxış edərək Azərbaycan gəncliyinin uğurlarından, gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqətindən danışıb, müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsində gənclərin rolunu yüksək dəyərləndiriblər.

28 May – Respublika Günü münasibətilə bağlı rayonun ümumtəhsil müəssisələrində də bir sıra tədbirlər həyata keçirilmişdir. Tədbirlərdə 44 günlük Vətən Müharibəsində qəhrəmanlıqla döyüşən məktəblərin məzunları da iştirak ediblər. Tədbir zamanı həmçinin İmişli şəhərinin Şəhidlər Xiyabanı ziyarət edilib və Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan həmyerlilərimizin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirələri ehtiramla yad edilib. 

Qeyd etmək lazımdır ki, həyata keçirilən bütün tədbirlər COVID-19 ilə bağlı qüvvədə olan sanitar-epidemioloji qaydalara uyğun şəkildə təşkil olunub.

Keçidlər