Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Allahverdi Tağıyev doğum günündə anılıb

24 may 2021 | 16:00

Bu gün Vətən müharibəsi şəhidi, müddətdən artıq hərbi qulluqçu  Tağıyev Allahverdi Əkbər oğlunun doğum günüdür. Şəhidin 29-cu doğum günü onsuz, dünyaya göz açdığı İmişli şəhərində qeyd olunub. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və Aparatın məsul işçiləri tərəfindən Allahverdinin ailəsi və dəfn olunduğu rayonun Çahar kənd qəbiristanlığında olan məzarı ziyarət edilib. Şəhidin məzarına gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Ziyarət zamanı ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan icra başçısı, həmin qələbədə payı olan Allahverdi Tağıyev kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. O, həmçinin 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib.

Şəhidimiz Allahverdi Tağıyev Vətən muharibəsinin 31-ci günündə, oktyabr ayının 27-də şəhadətə qovuşub. Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər