Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayon Ağsaqqallar Şurasının iclası keçirilib

18 may 2021 | 16:00

Bu gün İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah tərəfindən tələb olunan karantin rejimi qaydalarına riayət olunmaqla rayon Ağsaqqallar Şurasının iclası keçirilib. İclasda Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin birinci müavini Əhliman Əmiraslanov, Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və bir qrup rayon ağsaqqalları iştirak ediblər.

İcra başçısı qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra iclas öz işinə başlayıb. İclasın aparılması üçün sədr və katib seçilərək gündəlikdə duran məsələlər müzakirəyə çıxarılıb. İclasın sədri gündəlikdə duran məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb və Rayon Ağsaqqallar Şurasının üzvləri səsvermə üsulu ilə müəyyən olunub. Sonra Əmirov Ramiz Cahangir oğlu İmişli rayon Ağsaqqallar Şurasının sədri seçilib. Elçin Rzayev rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və üzvlərini təbrik edərək onlara müstəqil dövlətimizin inkişafı naminə həyata keçirəcəkləri gələcək işlərində uğurlar arzulayıb. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqalların əhəmiyyətini vurğulayan icra başçısı bildirib ki, xalqımızın mənəvi dünyasında ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ən ali həyat məramı olub və hər zaman onların xeyir-duasının alınmasının, ağsaqqal məsləhətinə, tövsiyəsinə böyük önəm verilməsini diqqətə çatdırıb. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin birinci müavini Əhliman Əmiraslanov Azərbaycan ağsaqqallarının xalqımızın həmrəy olmasında vacib bir rolunun olduğunu və gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu bildirib. İmişli rayon Ağsaqqallar Şurasının yeni sədri Ramiz Əmirov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev 44 günlük Vətən Müharibəsində hərb tariximizə yazılan şanlı Zəfərin gələcək nəsillərə çatdırılmasında, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında ağsaqqallarımızın böyük rolu olduğunu vurğulayıb və sonda bir daha yeni seçilmiş Şuranın üzvlərini təbrik edib.

 

 

Keçidlər