Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Elnur Bəylərovun doğum günündə xatirəsi anılıb

16 may 2021 | 16:00

15.05.2021-ci il tarixdə ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Bəylərov Elnur Ehdibar oğlunun doğum günüdür. Yaşasaydı, 23 yaşı olacaqdı.  Şəhidimizin doğum günü münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin qohumları və yaxınları Elnurun məzarını ziyarət edib, üzərinə gül-çiçəklər düzülüb. Burada şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib. 

Ziyarət zamanı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışılıb, Elnur və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı söylənilib. Eyni zamanda şəhidimizin keçdiyi qısa və şərəfli ömür yolundan danışılıb. Elnur Qubadlının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə 03 noyabr 2020-ci ildə şəhid olub və doğulduğu İmişli rayonunun Ağaməmmədli kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, şəhidimiz Elnur Bəylərov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Keçidlər