Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Şahəli Şıxıyev doğum günündə məzarı yanında anılıb

03 may 2021 | 16:00

ll Vətən müharibəsində qəhrəmancasına şəhid olan həmyerlilərimizdən biri də Şıxıyev Şahəli Əflatun oğludur. O, 1999-cu il may ayının 1-də İmişli rayonunun Qaraqaşlı kəndində anadan olub. Şəhidimizin doğum günündə İcra Hakimiyyətinin məsul əməkdaşları şəhidin qohumları və yaxınları ilə birlikdə məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.

Ziyarət zamanı 44 gün davam edən Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatmasında şəhid və qazilərimizin, ümumilikdə müzəffər Azərbaycan ordusunun böyük rəşadəti hesabına mümkün olduğu qeyd olunub.  Şəhidimizin yaxınları və ailə üzvləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirmiş, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını ifadə ediblər. Şahəli Şıxıyev Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın ayının 20-də qəhrəmancasına şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Şahəli Şıxıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Keçidlər