Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə ll Vətən Müharibəsi şəhidi doğum günündə anıldı

03 may 2021 | 16:00

01.05.2021-ci il tarixdə ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, “Qara qartal” ləqəbli Abbasov Asim Rasim oğlunun doğum günüdür. O, 1987-ci ilin may ayının 1-də  İmişli rayonunun Hacırüstəmli kəndində anadan olub. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin qohumları, yaxınları və rayon ictimaiyyəti şəhidimizin məzarını ziyarət edib. Şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.

Ziyarət zamanı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qırx dörd günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışılıb, döyüşlərdə şəhid olan igid oğulların xatirələrinin həmişə əziz tutulacağı qeyd edilib. Şəhidimizin doğum günündə təhsil aldığı məktəbdə onun adına verilmiş sinif otağına baxış keçirilib və şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.  Cəsur kəşfiyyatçımız döyüşlərdə şücaət göstərərək neçə-neçə erməni dığalarını qanına qəltan edib və sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Asim Abbasov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər