Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Anar Cavadzadənin doğum günündə xatirəsi anılıb

29 aprel 2021 | 16:00

Bu gün, 29 aprel 2021-ci il tarixdə Şəhidimiz Cavadzadə Anar Tahir oğlu doğum günündə anıldı. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və Aparatın məsul əməkdaşları mənfur düşmənə qarşı şücaətlə vuruşaraq öz həyatını qurban edən şəhidlərimizdən Anarın ailəsinə baş çəkərək, onların qayğıları ilə maraqlanıb. Həmçinin, Şəhidin məzarını ziyarət edərək ruhuna dualar oxunub.

 Ali Baş Komandan cənab İlham Əliyevin dönməz iradəsi və ağıllı, düşünülmüş rəhbərliyi, ordumuzun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan Şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayan icra başçısı bildirmişdir ki, məhz belə vətənpərvər gənclərimizin canı-qanı bahasına bu gün Qarabağımız azaddır. Anar 1990-cı ilin aprel ayının 29-da anadan olmuşdu, yaşasaydı 31 yaşı olacaqdı. O, vətənpərvər oğul idi və düşmənin torpaqlarımızı işğal etməsini heç cür qəbul edə bilmirdi. Topçu kimi hərbi əməliyyatlarda vuruşmuşdur. Hadrutun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə  18 oktyabr 2020-ci ildə şəhid oldu. İmişli rayonunun Telişli kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Şəhidimiz Anar Cavadzadə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər