Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli "ASAN xidmət" mərkəzində “Dəmir Yumruq” filmi nümayiş olundu

27 aprel 2021 | 16:00

26.04.2021-ci il tarixdə İmişli Rayon İcra Hakimiyyətinin və İmişli "ASAN xidmət" mərkəzinin əməkdaşları tərəfindən Real TV-nin təşkilatçılığı ilə lentə alınan “Dəmir Yumruq” sənədli filmi izlənilib. 

Filmdə Azərbaycanda yaşayan bütün millətlərin övladlarının bu torpağı öz Vətənləri saymaları və Vətən müharibəsi dövründə bütöv bir xalqın yumruq tək birləşməsi xarakterizə olunur. Filmin ən vacib məqamı odur ki, Vətən uğrunda savaşda azsaylı doğma xalqlarımızın övladları ermənilərin anti-azərbaycan təbliğatını rədd edərək bu Vətənin onlar üçün necə müqəddəs olduğunu sübut etmələridir. Dəmir yumruq Qarabağ problemini tarixə köçürərək özü bir tarix oldu. Ordumuzun hər rayonu azad etdiyi günlərdə dəmir yumruq yuxarı qalxaraq Ermənistanın işğalçılıq siyasətinə göz yuman beynəlxalq təşkilatlara bizim gücümüzün göstəricisidir.

Qeyd edək ki, sözügedən sənədli film karantin rejiminin qaydalarına riayət olunmaqla nümayiş olunub.
 

Keçidlər