Şriftin ölçüsü :

Saytın rəngi :

İş adamı İmişlidən olan hərbi qulluqçuya qiymətli hədiyyələr edib.

13 aprel 2021 | 16:00

İmişli rayon sakini, müddətdən artıq xidmət edən hərbi qulluqçu Əzizalıyev Hikmət Əyyub oğluna iş adamı Zöhrə Bağırova tərəfindən qiymətli hədiyyələr edilib. Belə ki, Müzəffər Ordumuzun qələbə müjdəsini iş adamına verən igid döyüşçünün ailəsi məişət avadanlıqları ilə təmin olunub. Hədiyyələr H.Əzizalıyevin ailəsinə İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə evində təqdim edilib. Görüş zamanı 44 günlük şanlı qəhrəmanlıq savaşımızın tarix boyu qürur mənbəyimiz olaraq qalacağı qeyd olunub və işğalçı Ermənistan ordusuna qarşı müharibədə göstərdiyi qəhrəmanlığa və şəxsi şücaətə görə H.Əzizalıyevin ailəsi təbrik edilmişdir.

Qeyd edək ki, hərbi qulluqçu H.Əzizalıyev döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Görüş koronavirus infeksiyası ilə bağlı tətbiq olunan karantin qaydalarına əməl olunaraq keçirilmişdir.

Keçidlər