Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycanlıların soyqırımı”na həsr olunmuş onlayn tədbir keçirilib

31 mart 2021 | 16:00

İmişlidə 31.03.2021-ci il tarixdə Rayon Təhsil Şöbəsinin və Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə Mədəniyyət müəssisələrinin rəhbərləri tərəfindən “Azərbaycanlıların soyqırımı”na həsr olunmuş onlayn tədbir keçirilib. Tədbirdə bildirilib ki, əsrlər boyu Azərbaycan xalqının başına gətirilmiş müsibətlər, ermənilərin soyqırım və departasiya siyasəti tariximizdə yaddaqalan ən dəhşətli qanlı hadisələridir. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilən kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəran ilə yanaşı, Şuşada, İrəvan quberniyalarında, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda və başqa yerlərdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlıların qəddar üsullarla qətlə yetirilmələri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.

 

Keçidlər