Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə koronavirus pandemiyası ilə mübarizə məqsədilə reydlər davam etdirilir.

29 mart 2021 | 16:00

Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin və hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə şəhər ərazisində növbəti reyd keçirilmişdir. Reyd şəhərin Heydər Əliyev prospektində, N.Savalanov, Q.İsmayılzadə və H.Aslanov küçələri boyunca yerləşən mərkəzi bazar, ictimai-iaşə və ticarət obyeklərində baş tutub. Yoxlama zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılaraq sosial məsafənin qorunması, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən ictimai-iaşə müəssisələrində nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, ümumilikdə Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah tərəfindən müəyyən edilmiş qaydalara ciddi riayət etmələri onlara tövsiyə olunmuşdur. Həmçinin qaydaları pozmaqda davam edən obyekt sahibləri cərimələnmiş və ciddi xəbərdarlıqlar edilmişdir.

Qeyd edək ki, İmişlidə Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi nəzarət edilir və reydlər mütəmadi olaraq davam etdirilir.

Keçidlər